“Mən Donald Trampın sözləri ilə cavab vermək istəyirəm: sizə belə də deyəcəyəm, böyük sürprizlər gözləyin”, - Sergey Lavrov vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin Dövlət katibi Marko Rubio bir gün əvvəl Moskvanın ASEAN sammiti çərçivəsində keçirilən danışıqlarda Ukrayna ilə bağlı yeni təkliflər səsləndirdiyini bildirib. Planın mahiyyətini açıqlamayan amerika diplomatiyasının rəhbəri, sadəcə, Rusiya ilə Ukrayna arasında nizamlanmanın yol xəritəsinin müzakirə edildiyini deyib.
|
| Moskva ABŞ-yə “yeni yanaşma” təqdim edib | VİDEO |
- Bəli, biz Ukraynanı müzakirə etdik, prezident Putinin bəyan etdiyi mövqeyi, o cümlədən iyulun 3-də Trampla söhbətində bir daha açıqladığı mövqeyi təsdiqlədik”, - Rusiya XİN-in başçısı cavab verib.
Kremlin məlumatına görə, Putin Trampın müharibəni tez bir zamanda bitirmək çağırışına cavab olaraq Rusiyanın öz məqsədlərindən əl çəkməyəcəyini bildirib.
ABŞ prezidenti isə, bu həftənin əvvəlində davam edən döyüşlərlə əlaqədar Moskvaya qarşı sanksiyaları sərtləşdirməyə hazır olması ilə bağlı sualın cavabında Rusiyaya “sürpriz” hazırladığını deyib. Sanksiyalar barədə son sözün onun olduğunu söyləyən Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı “vaciq açıqlama” verəcəyini vəd edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


